Güclü külək Zaqatala şəhəri ərazisində bir sıra fəsadlar törədib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, küləkli hava səbəbindən şəhərin Heydər Əliyev prospektinda daha bir irigövdəli şam ağacı aşıb. Ağacın aşması səbəbindən yenidən Heydər Əliyev prospektində avtomobillərin hərəkəti dayanıb. Hazırda müvafiq qurumların nümayəndələri yola aşan ağacı ərazidən götürməyə çalışırlar.
***
12.26
Güclü külək Zaqatalada fəsadlara səbəb olub.
APA-nın yerli bürosu xəbər verir ki, güclü külək Zaqatala şəhərinin mərkəzində irigövdəli şam ağacını aşırıb.
Heydər Əliyev prospektində baş verən hadisə nəticəsində yol bağlanıb. Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü Abbas Niftullayevin xəsarət aldığı bildirilir.