Bank Of Baku

Zaqatalada minik avtomobili aşıb, iki nəfər xəsarət alıb

Zaqatalada minik avtomobili aşıb, iki nəfər xəsarət alıb
# 09 oktyabr 2023 00:52 (UTC +04:00)

Zaqatalada yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bəhmətli kəndində baş verib.

Eyniadlı kənd sakini, 1994-cü il təvəllüdlü Pünhan Cumaəli oğlu Hüseynov avtomobilə idarəetməni itirib.

Nəticədə o, “Volkswagen Passat” markalı minik avtomobilini qaz xəttinə çırparaq aşırdıb.

Qəza zamanı sürücü P. Hüseynov və avtomobildə olan Bəhmətli kənd sakini, 2001-ci il təvəllüdlü Zakir Bəkir oğlu Balayev aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR