Bank Of Baku

Zaqatalada üçü avtomat olmaqla 6 odlu silah götürülüb

Zaqatalada üçü avtomat olmaqla 6 odlu silah götürülüb
# 01 fevral 2024 08:27 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR