Zaqatalada vanna otağında kişi meyiti aşkarlanıb

Zaqatalada vanna otağında kişi meyiti aşkarlanıb
# 05 mart 2024 10:07 (UTC +04:00)

Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında aşkarlanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 07 radələrində Zaqatala şəhəri ərazisində baş verib.

1986-cı il təvəllüdlü Rəşad Qurbanovun meyiti yaşadığı ünvanın vanna otağında ailə üzvləri tərəfindən aşkar edilib. R.Qurbanovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR