Zaqatalada yaşayış evi yanıb - VİDEO - YENİLƏNİB

Zaqatalada yaşayış evi yanıb - VİDEO  - YENİLƏNİB
# 26 fevral 2024 23:39 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın nəticəsində ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ikinci mərtəbəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

***

21.02

Zaqatalada ikimərtəbəli, 9 otaqlı fərdi yaşayış evi yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi saat 19:23-də rayonun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kv/m olan ikimərtəbəli, 9 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın məhdudladırılıb, söndürülmə işləri aparılır. İlkin məlumata görə, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR