Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.