Ağdamda insana bənzər sümüklərin tapılması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
08:48
Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edilib.
APA xəbər verir ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib.
Araşdırma aparılır.