Paşha Bank
Bank Of Baku

İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB

İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var - VİDEO  - YENİLƏNİB
# 09 noyabr 2026 15:10 (UTC +04:00)

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir.

***

14.29

İzmirdə fabrikdə güclü partlayış baş verib.

“NTV”nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.

Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR