Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyətinin daha bir qrupu “Bayraktar Akıncı” PUA kursunu bitirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, məzuniyyət mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və səfirliyin hərbi attaşesi Müşfiq Məmmədov da iştirak edib. Məzun olan heyətə attestatlar təqdim edilib.