Bank Of Baku

Azərbaycan müdafiə nazirinin müavini ABŞ HHQ-nin Baş Qərargah rəisi ilə regional sülhü müzakirə edib - FOTO

Azərbaycan müdafiə nazirinin müavini ABŞ HHQ-nin Baş Qərargah rəisi ilə regional sülhü müzakirə edib - FOTO
# 10 aprel 2023 18:57 (UTC +04:00)

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braunla görüşüb.

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi "Twitter" hesabında məlumat verib.

“İkitərəfli müdafiə əlaqələrimiz, regional sülh və sabitliyin qorunması ilə bağlı məhsuldar müzakirələr apardıq”, - o bildirib.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR