Mayın 26-da Gürcüstanda Müstəqillik Günü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri bu ölkədə səfərdədir.
APA xəbər verir ki, bu barədə MN-dən bildirilib.
Hərbi orkestr heyəti Tbilisi şəhərində müxtəlif ölkələrdən qatılan nümayəndələrlə birgə konsert proqramları ilə çıxış edəcək.