Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, məktubda deyilir: "Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm.
Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməmisiniz.
Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək.
Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz.
Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram."
Azərbaycanın müdafiə naziri Türkiyə Respublikasının yeni milli müdafiə nazirinə təbrik məktubu göndərib
04 iyun 2023 10:04 (UTC +04:00)
Hərbi
Azərbaycanla Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub - VİDEO
18:27
7 may 2024
Azərbaycan Ordusunun “EFES - 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb - VİDEO
16:06
7 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Qəbələdə dəfn olunub - YENİLƏNİB
16:06
7 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Xaçmazda dəfn olunub - FOTO - YENİLƏNİB
14:53
7 may 2024