Bank Of Baku

Azərbaycanın müdafiə nazirinin müavini ABŞ-a səfər edib

Azərbaycanın müdafiə nazirinin müavini ABŞ-a səfər edib
# 10 aprel 2023 21:42 (UTC +04:00)

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR