Uğurlu qarşılıqlı fəaliyyətin digər nümunəsi özbək həmkarlarımızla əməkdaşlığımızdır. Ötən ilin dekabrında Sərhəd Qoşunlarının Komandanı general-mayor Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib, dövlət sərhədlərinin mühafizəsi sistemi ilə tanış olub. İkitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında məhsuldar fikir mübadiləsi aparılıb.
APA xəbər verir ki, bunu DSX rəisi, general-polkovnik Elçin Quliyev MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı deyib.
“Peşəkar kadrların hazırlanması sahəsində əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasında Tacikistanın sərhəd qoşunlarının hərbi qulluqçularının təlimi davam edir. Azərbaycanda bu ilin may ayında 4 illik zabitlik proqramını uğurla başa vuran və leytenant zabit hərbi rütbəsinə layiq görülən kursantların ilk buraxılışı olub”, - o qeyd edib.