Bank Of Baku

Laçın istiqamətində şəhid olan hərbçilərimizin FOTOLARI

Laçın istiqamətində şəhid olan hərbçilərimizin  FOTOLARI
# 11 aprel 2023 20:48 (UTC +04:00)

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçilərin adlarını açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, erməni təxribatının qarşısını alarkən aşağda adları qeyd olunan hərbi qulluqçularımız şəhid olub:

APA şəhid olan hərbçilərin fotolarını təqdim edir:

Zalov Vidadi Nizami oğlu

Həsənov Elşad Qabil oğlu

Tağıyev Səbuhi Gündüz oğlu

Qeyd edək ki, şəhid olan hərbi qulluqçular Sumqayıt, Ağstafa və Şahbuzdandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR