Bu gün keçirilən iclasda Birlik ölkələrinin xarici sərhədlərindəki vəziyyətin qiymətləndirilməsi məsələsinə də baxılıb.
APA xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.
"Belə qənaətə gəldik ki, Birliyə üzv ölkələrin müvafiq strukturlarını cəlb etməklə xüsusi sərhəd əməliyyatları təşkil etmək lazımdır.
İşlər iki istiqamətdə aparılacaq. Birinci istiqamət - qərb istiqamətində Rusiya Federal Təhqiqat Bürosunun (FTB) iştirakı ilə xüsusi sərhəd əməliyyatını nəzərdə tutur. İkinci istiqamət - Mərkəzi Asiya - Tacikistan Sərhəd Xidmətinin Dövlət Komitəsinin rəhbərliyi ilə həyata keçiriləcək.
Onu da qeyd etmək istəyirəm ki, əvvəlki əməliyyatların nəticələri, sərhəd şöbələrinin fəaliyyəti Qərb və Mərkəzi Asiya istiqamətlərində əməliyyatlar aparmış mütəxəssislərimiz tərəfindən yüksək qiymətləndirilib".