Bank Of Baku

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 14 iyun 2023 11:30 (UTC +04:00)

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", MN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR