Bank Of Baku

Səfərbərlik xidməti rəisinə yeni müavin təyin edilib

Səfərbərlik xidməti rəisinə yeni müavin təyin edilib
# 22 may 2023 15:46 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 20 may 2023-cü il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.

Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidentinin digər Sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.

A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.

Qeyd edək ki, təyinat barədə xəbəri ilk olaraq manset.az yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR