Azərbaycanın gücü bəllidir, bu gücü daha da irəli aparmaq üçün də lazım olan hərbi əməkdaşlığı davam etdirəcəyik.
APA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər Bakıda jurnalistlərə açıqlamasında deyib.
“NATO standartları çərçivəsində Azərbaycanla birlikdə hazırlıqlar keçirik. Bundan sonra da ehtiyac olan hər cür təlimi birlikdə keçirməyə davam edəcəyik”- Yaşar Gülər deyib.