Bank Of Baku

Türkiyə “TAYFUN” raketinin ikinci sınağını uğurla həyata keçirib - VİDEO

Türkiyə “TAYFUN” raketinin ikinci sınağını uğurla həyata keçirib - VİDEO
# 23 may 2023 13:33 (UTC +04:00)

Türkiyə 500 kilometr mənzilli “TAYFUN” raketinin ikinci sınağını uğurla həyata keçirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bununla bağlı Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir “Twitter” hesabında paylaşım edib.

Qeyd olunub ki, sınaq atəşi Rize-Artvin hava limanında keçirilib. “ROKETSAN” şirkəti tərəfindən hazırlanmış “Tayfun”un ilk sınaq atışı isə 18 oktyabr 2022-ci ildə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR