Gəncə Filarmoniyasında Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə tədbirlər keçiriləcək

Gəncə Filarmoniyasında Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə tədbirlər keçiriləcək
# 14 iyun 2024 12:33 (UTC +04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, 15 iyun saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin konserti, 16 iyun saat 12.00 - da "Üzbəüz" layihəsi çərçivəsində Gəncə şəhər ziyalıları ilə görüş, saat 16.00 - da Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kamera musiqisi konserti baş tutacaq.

17 iyun saat 16.00-da Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən təqdim olunacaq. Opera tamaşasının libretto müəllifi filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR