«Parabank» müştərilərə pulsuz plastik kart verir

«Parabank» müştərilərə pulsuz plastik kart verir
# 27 fevral 2013 14:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC mart ayının 21-dək hər bir müştəriyə pulsuz «Visa Classic» plastik kartını hədiyyə olaraq təqdim edir. Bu barədə «APA-Economics»ə bankın mətbuat xidmətindən bildirilib.


Qeyd edək ki, «Visa Classic» plastik kartları dünyanın istənilən nöqtəsində mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmaq üçün bir vasitədir. Kart öz sahibinə otellərdə nömrə, təyyarə bileti bron etmək, avtomobil icarəyə götürmək və s bu kimi əlavə imkanlar yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR