Bakıda Vikinq İncəsənəti Sərgisi təşkil olunacaq

Bakıda Vikinq İncəsənəti Sərgisi təşkil olunacaq
# 06 mart 2013 13:53 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Azərbaycan Milli İncəsənət Muzeyinin İnnovasiya və xarici əlaqələr şöbəsinin müdiri Əminə Məlikova “MAERSK" şirkətinin dəstəyi ilə martın 1-dən 4-ə kimi Kopenhagendə səfərdə olub və Danimarkanın Milli Muzeyinin Baş Direktoru Per Kristian Metsenlə və həmçinin "Luiziana" muzeyinin rəhbərliyinin nümayəndəsi Anders Kouldla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş direktor Per Kristian Metsen Azərbaycan Milli İncəsənət Muzeyi və ümumiyyətlə ölkəmizin mədəni irsi ilə tanışlıq məqsədi ilə Bakıya dəvət olunub. Görüş zamanı muzey əməkdaşlarının mübadiləsi və Bakıda Vikinq İncəsənəti Sərgisi təşkil olunacaq.


2013-cü il 18 may muzeylər günü münasibətilə və Azərbaycan tərəfinin dəvəti ilə muzey rəhbərliyinin nümayəndəsi Anders Kould Bakıya səfər edəcək. Səfər zamanı Anders Kould "Bugünkü muzeylər müvəffəqiyyətin açarıdır" mövzusunda seminarın keçirilməsini planlaşdırır. Seminarın çərçivəsində XXI əsrin Muzey İnnovasiya layihələrinin təqdimatı, təcrübə mübadiləsi, diskussiya və treninqlərin keçirilməsi təşkil olunacaq. Bu tədbirdə hər iki ölkənin muzey əməkdaşları iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR