Nazir İsmət Abasov: “Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracına embarqo qoymayıb”

Nazir İsmət Abasov: “Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracına embarqo qoymayıb”
# 19 aprel 2012 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Rusiya hökuməti Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına embarqo qoymayıb.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

Onun sözlərinə görə, Rusiya Ümumdünya Ticarət Təşkilatına üzv olduğu üçün, həmçinin müvafiq daxili qanunvericiliyə uyğun olaraq əl yüklərində bəzi məhsulların aparılmasına qadağa qoyulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR