Azərbaycan paytaxtında qədim sürüşmə sahəsi aktivləşib - YENİLƏNİB
24 mart 2012 08:38 (UTC +04:00)
APA-nın məlumatına görə, sürüşmə prosesləri həmin ünvanda yerləşən 11, 11 a, 11 b və 13 saylı binaların arasında yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya bildirib ki, son aylarda atmosfer çöküntülərinin miqdarının artması nəticəsində həmin ərazidə dayanıqlığını itirmiş süxurlarda çökmə prosesləri intensivləşib, köhnə sürüşmə qaşına paralel və onun boyunca irəliləyən yeni qırılma qaşı, çatlar yaradıb. Çatın eni bəzi yerlərdə 20-40 santimetr, qalan hissələrdə isə 4-5 santimetr təşkil edir. Çatın görünən dərinliyi 10-30 metr, bəzi yerlərdə isə 50 santimetrə çatır.
Ş. Niftiyev deyib ki, həmin çatdan 8-10 metr yamac istiqamətində, aşağı doğru növbəti çat müşahidə olunub: “Hər iki çat arasında sürüşmə kütləsinin 10-15 santimetr çökməsi baş verib. Hazırda sahədə müşahidə işləri davam etdirilir”.
Ş. Niftiyev bildirib ki, ərazidə təcili tədbirlərin görülməsinə ehtiyac var: “Sürüşmənin növbəti aktivləşməsinin qarşısı alınmalıdır. Sürüşmənin qaş hissəsində yerləşən yaşayış evlərinin qarşısındakı bağ sahələri, qeyri-qanuni tikililər və su xətləri ləğv edilməli, yaranmış çatlar və oyuqlar gillə doldurulmalıdır”.
Baş mühəndis onu da deyib ki, ərazidə sürüşmə proseslərinin başlanması 1987-ci ilə təsadüf edir. 1988-ci ilin fevral ayının 13-də isə ərazidə ilk sürüşmə baş verib.

Sosial
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024