Hindistan iqtisadiyyatı 5,5% artıb

Hindistan iqtisadiyyatı 5,5% artıb
# 31 avqust 2012 12:27 (UTC +04:00)
Bakı – APA-Economics. Cari maliyyə ilinin I rübündə Hindistanın ÜDM-i 5,5% artıb. “APA-Economics”in xəbərinə görə, “Bloomberg” agentliyinin analitikləri bu göstəricinin 5,2% olacağını proqnozlaşdırıblar.

Hökumət gözlənilməz artımı Hindistan Mərkəzi Bankının uğurlu pul siyasəti ilə izah edir. Son üç ildə ilk dəfə olaraq Mərkəzi Bank stavka dərəcəsini 8,5%-dən 8%-ə salıb.

Bununla belə, iqtisadçılar perspektiv artım templərinə skeptik yanaşırlar. Buna səbəb ölkədə inflyasiya səviyyəsinin yüksək olmasıdır. İyul ayında inflyasiya 9,8% təşkil edib ki, bu da stavka dərəcələrinin endirilməsinə imkan verməyəcək.

Qeyd edək ki, ötən il Hindistan iqtisadiyyatı 6,5% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR