Suriyanın Homs şəhərinin minaatlanlardan atəşə tutulması nəticəsində 19 nəfər ölüb

Suriyanın Homs şəhərinin minaatlanlardan atəşə tutulması nəticəsində 19 nəfər ölüb
# 13 yanvar 2014 09:58 (UTC +04:00)

Bakı – APA. Suriyanın Homs şəhərinin ətraf rayonlarının minaatlanlardan atəşə tutulması nəticəsində 19 nəfər ölüb.

APA – nın SANA agentliyinə istinadən verdiyi məlumata görə, atəş nəticəsində şəhərin Quta rayonunda 13 nəfər ölüb, 18 nəfər yaralanıb. Karm aş-Şamidə isə 6 nəfər ölüb.

Londonda yerləşən Suriyanın insan haqlarının qorunması monitorinq mərkəzi Homs ətrafındakı rayonların minaatanlardan atəşə tutulması faktını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR