Azərbaycan Mərkəzi Bankı ölkəyə nüfuzlu xarici bankların gəlməsinin tərəfdarıdır

Azərbaycan Mərkəzi Bankı ölkəyə nüfuzlu xarici bankların gəlməsinin tərəfdarıdır
# 10 aprel 2013 11:49 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, AMB-nin mövqeyi belədir ki, ölkəyə gələn xarici banklar yüksək reytinqli və nüfuzlu olmalıdır. Ümumilikdə, xarici bankların Azərbaycana gəlməsi müasir texnologiyaların gətirilməsi, bank sektorunda rəqabətin gücləndirilməsi kimi müsbət amillərlə şərtlənir.

E.Rüstəmov bəyan edib ki, əgər yüksək səviyyəli bankların, o cümlədən türk banklarından Azərbaycan bazarına çıxmaqla bağlı müvafiq müraciətlər olarsa, AMB bu müraciətlərə baxmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR