Bakı-APA. İyulun 8-də Varşavada Polşa Respublikasının baş naziri xanım Beata Şidlo tərəfindən NATO Sammiti iştirakçılarının şərəfinə nahar verilib.
APA-nın məlumatına görə, baş nazir xanım Beata Şidlo naharda iştirak edən qonaqları qarşılayıb. Sonra birgə foto çəkdirilib.
Azərbaycan prezidenti İlham Əliyev, digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və NATO-nun rəsmiləri naharda iştirak ediblər.