"Azərişıq" ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq

"Azərişıq" ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq
# 06 mart 2015 06:43 (UTC +04:00)

Bakı - APA-Economics. "Azərişıq" ASC 2014-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması xidmətinin satınalması məqsədilə açıq tender elan edir.

Tender komissiyasından "APA-Economics"ə verilən məlumata görə, tender 1 lot üzrə keçirilir.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir.

İddiaçıların təklifləri bu ilin aprelin 13-də saat 12:00-da Bakı şəhəri, Bakıxanov küçəsi, 13 nömrəli ünvanda ("Azərişıq" ASC-nin əsas binasında) açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR