Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
# 25 iyul 2014 13:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təbrikdə qeyd olunub ki, bayramlar qardaşlıq, yardımlaşma və mehribançılıq duyğularının daha da artdığı, birlik və bərabərliyin gücləndiyi, tarix boyunca millətlərin həyatında hər zaman vacib bir yerə sahib olan və birləşdirici gücü olan günlərdir: «Ramazan bayramı 30 günlük Ramazan ayının sonunda müsəlmanlara mükafat olaraq verilən bir bayramdır. Bir tərəfdən də bayrama hüznlü giririk. Başda Qəzza olmaqla müxtəlif coğrafiyalarda zülm altında bayrama girən qardaşlarımız var. Müxtəlif coğrafiyalarda yaşayan, ancaq ortaq dəyərlərə sahib olan bütün müsəlmanlar qardaşdır. Bu münasibətlə hər zaman “bir millət, iki dövlət” olduğumuz qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR