«AccessBank» və Almaniyanın KfW bankı arasında yeni kredit müqaviləsi imzalanıb

«AccessBank» və  Almaniyanın KfW bankı arasında yeni kredit müqaviləsi imzalanıb
# 16 iyul 2012 14:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AccessBank» 30 mln. ABŞ dolları həcmində kreditin alınması üçün KfW İnkişaf Bankı ilə müqavilə imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kredit 5 il müddətinə verilib və iki bərabər tranşdan ibarətdir. Kreditin birinci tranşı bu gün alınıb, ikinci tranş isə bu ilin avqust ayının 15-də köçürüləcək. Kredit «AccessBank»ın kredit portfelinin artmasına kömək etmək məqsədilə verilib.

Qeyd edək ki, bu ilin birinci yarısında «AccessBank»ın kredit portfeli 15% artaraq ümumilikdə 436 mln. ABŞ dollarına çatıb.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank (hər biri 20%), «AccessHolding» (16,5%) və Almaniyanın “LFS Financial Systems GmbH” (3,5%) şirkətləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR