Bakıda Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçiriləcək

Bakıda Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçiriləcək
# 25 noyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 26-da R. Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçiriləcək.

APA-nın məlumatına görə, yubiley tədbirində şairin həyat və yaradıcılığından söhbət açılacaq, əsərlərindən nümunələr səsləndiriləcək.

Qeyd edək ki, Ə. Tudə 1924-cü il yanvarın 31-də Bakıda anadan olub, 1938-ci ildə İrana sürgün edilib. Ə. Tudə İran tarixində ilk dəfə Təbrizdə Milli Filarmoniya yaradıb, onun ilk və son müdiri olub. Şair 40-a yaxın kitabın müəllifidir. Ə. Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR