Bank Of Baku

«Nar» abunəçiləri üçün hədiyyəli təklif hazırlanıb

«Nar» abunəçiləri üçün hədiyyəli təklif hazırlanıb
# 15 yanvar 2014 11:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azerfon» mobil rabitə operatoru («Nar Mobile» ticarət nişanı) istifadəçiləri üçün yeni hədiyyəli təklif hazırlayıb.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, əldə edilən «Nar» nömrəsinin dəyərindən asılı olmayaraq, artıq hər bir yeni abunəçinin balansına dərhal 3 manatlıq danışıq vaxtı və 100 MB internet trafiki hədiyyə ediləcək.

 

Məlumata görə, təqdim edilən hədiyyə yeni nömrə aktivləşdirildikdən sonra avtomatik olaraq balansa yüklənilir. Bu məbləğdən ölkədaxili zənglər, SMS və internet, eləcə də istənilən tarif və ya kampaniyaya qoşulmaq üçün istifadə edilə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR