Bank Of Baku

«Nar Mobile» abunəçilərə yeni tarif paketi hazırlayıb

«Nar Mobile» abunəçilərə yeni tarif paketi hazırlayıb
# 08 yanvar 2014 11:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «3-ü 1-də» tarifi ilə həftədə cəmi 2,8 manata zəng etməyi, SMS göndərməyi və internetdən istifadəni təklif edən «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilər üçün güzəştli dövr təqdim edir. Belə ki, mobil operatorun öz abunəçilərinə təklif etdiyi yeni «3-ü 1-də» tarifinə keçid yanvarın 31-dək tamamilə pulsuz olacaq.

 

«Azerfon»dan «APA-Economics»ə verilən məlumata görə, artıq «3-ü 1-də» tarifinə qoşulan «Nar Mobile» abunəçiləri bu sərfəli tarifdən yararlanaraq gözlədiklərindən daha artığını əldə edəcəklər.

 

Xatırladaq ki, tarif çərçivəsində abunəçilərə şəbəkə daxili 150 dəqiqə və 150 SMS, şəbəkə xarici isə 50 dəqiqə və 50 SMS, həmçinin 200 MB internet trafiki təqdim olunur.

 

Daha ətraflı məlumatı http://narmobile.com/az/private/tarifplan/3in1/ linkindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR