Bank Of Baku

Azərbaycan Cenevrədə keçiriləcək Beynəlxalq Rabitə Konfransında iştirak edəcək

Azərbaycan Cenevrədə keçiriləcək Beynəlxalq Rabitə Konfransında iştirak edəcək
# 14 yanvar 2014 08:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Beynəlxalq Rabitə Konfransı (BRK-15) toplantısının gündəliyinin 1.1 və 1.2 bəndləri üzrə Birləşmiş Məqsədli Qrup 4-5-6-7 (JTG 4-5-6-7) toplantısında təmsil olunacaq.

 

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, beynəlxalq tədbir fevralın 20-28-də Cenevrə şəhərində (İsveçrə) baş tutacaq. Konfransda Azərbaycanı Nazirliyin Dövlət Radiotezlik İdarəsinin baş mühəndisi İlham Əfəndiyev təmsil edəcək.

 

Toplantıda radiorabitə sahəsinin tənzimlənməsi məsələlərinə baxılacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR