Bank Of Baku

Səhiyyə Nazirliyi yeni elektron xidmətlərini təqdim edib

Səhiyyə Nazirliyi yeni elektron xidmətlərini təqdim edib
# 09 yanvar 2014 08:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə aşağıdakı yeni elektron xidmətlərini təqdim edib.

 

Nazirlikdən APA-ya verilən xəbərə görə, bunlara Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Prekursorların idxalı, ixracı, tranzit edilməsi, istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciət və sənədlərin qəbulu, Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR