Suriya üzrə donorlar 10 mlrd. dollardan çox yardım toplayıblar

Suriya üzrə donorlar 10  mlrd. dollardan çox yardım toplayıblar
# 05 fevral 2016 03:41 (UTC +04:00)

Bakı-APA. Londonda keçirilən Suriyaya dair donor konfransının iştirakçı ölkələri suriyalılar üçün 10 mlrd. dollardan çox yardımın toplanması ilə bağlı razılığa gəliblər.

“2016-cı ildə 6 mlrd dollar ayrılacaq, daha 5 mlrd. dollar isə uzunmüddətli perspektivə hesablanıb və 2020-ci ilədək ayrılacaq”, - deyə Böyük Britaniyanın baş naziri Devid Kemeron yekun mətbuat konfransında bildirib.

Bu vəsaitlərin bir hissəsi Suriyaya birbaşa humanitar yardımın göstərilməsinə, qalan hissəsi isə Suriya və digər ölkələrin inkişafına dair müxtəlif layihələrin icrasına, həmçinin, 4,5 mln. suriyalı qaçqını qəbul etmiş İordaniya, Türkiyə və Livana yönəldiləcək.

“Suriyalı qaçqınlar və bölgə sakinləri üçün bir milyondan çox iş yerləri yaradılacaq”, - deyə Kemeron bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR