Xaçmazda 25 yaşlı qadın dəm qazından zəhərlənib

Xaçmazda 25 yaşlı qadın dəm qazından zəhərlənib
# 04 yanvar 2020 21:20 (UTC +04:00)

Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR