Yevlaxda baş vermiş yanğında 4 nəfər zəhərlənib

Yevlaxda baş vermiş yanğında 4 nəfər zəhərlənib
# 29 dekabr 2019 10:21 (UTC +04:00)

Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 240 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 7 tonu yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yüksək temperaturdan yaxınlıqdakı “VAZ” markalı minik avtomobili qarsalanıb. Hadisə kənd sakini Elnur Rüstəmovun fərdi təsərrüfatında baş verib.

Yanğın nəticəsində 11 baş iribuynuzlu heyvan tələf olub.

Hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib. Onlardan ev sahibinin həyat yoldaşı, 1981-ci il təvəllüdlü Tahirə Rüstəmova, qızı, 2003-cü il təvəllüdlü qızı Ayişə Rüstəmli və 1959-cu il təvəllüdlü yaxın qohumları Dilbəzər Rüstəmova xəstəxanaya çatdırılıb.

Bitişik ev və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR