Oktyabrda bankomatların sayı 2 aylıq azalmadan sonra artıb

Oktyabrda bankomatların sayı 2 aylıq azalmadan sonra artıb
# 09 dekabr 2017 10:13 (UTC +04:00)

Azərbaycanda 2017-ci il noyabrın 1-nə 2 491 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, sentyabr ayı ilə müqayisədə 5 ədəd və ya 0,2% çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 49 ədəd və ya 2% çoxdur.

Cari ilin noyabrın 1-nə bankomatların 1356-sı (keçən ilə nəzərən 3,03% artım ilə) Bakı şəhərində, 1135-i (keçən ilə nəzərən 0,79% artım ilə) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR