"YapıKredi" rübü mənfəətlə başa vurub

"YapıKredi" rübü mənfəətlə başa vurub
# 03 noyabr 2016 07:40 (UTC +04:00)

Cari ilin 9 ayında "YapıKredi Bank A.Ş."-nin kredit portfeli 224,832 mlrd. lirə, depozit portfeli isə 138,597 mlrd. lirə təşkil edib.

"APA-Economics" xəbər verir ki, bankın konsolidə edilmiş xalis mənfəəti isə 2 mlrd. 363 mln. lirədir.

Bankın baş icraçı direktoru Faik Açıkalın bildirib ki, hal-hazırda bankın 12 mln. nəfər aktiv müştərisi var.

"Xarici bazarlardan əldə etdiyimiz 3 milyard 10 milyon lirə həcmindəki maliyyə vəsaiti beynəlxalq maliyyə qurumlarının bizə və ölkəmizə olan etibarının göstəricidir", - deyə F. Açıkalın bildirib.

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC "YapıKredi Bank"ın törəməsidir. "Yapı Kredi Bank Azərbaycan"ın səhmlərinin 99,8%-yə məxsusdur.

F. Açıkalın "Yapı Kredi Bank Azərbaycan"ın Müşahidə Şurasının sədridir.

* 1 türk lirəsi 0,5292 manatdır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR