“Trabzonspor” baş məşqçisi ilə vidalaşıb

“Trabzonspor” baş məşqçisi ilə vidalaşıb
# 30 dekabr 2019 17:45 (UTC +04:00)

Türkiyənin “Trabzonspor” klubu baş məşqçi Ünal Karamanla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Trabzonlular anlaşmanın pozulduğu üçün mütəxəssisə 2 milyon 250 min Türkiyə lirəsi ödəyiblər. Bu, çalışdırıcının müqavilənin cari mövsümün 6 ayı – 2019-cu il dekabrın 1-dən 2020-ci il mayın 31-dək olan müddət üçün almalı olduğu məbləğdir.

Qeyd edək ki, 2019-cu ilin iyununda imzalanan müqavilə 2021-ci il mayın 31-də başa çatmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR