Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 12% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 12% artıb
# 15 oktyabr 2014 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 134 mln. 928,99 min manat təşkil edib.

APA-Economics” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 316 mln. 971,05 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 762 mln. 809,62 min manat, aksizlər üzrə 42 mln. 846,33 min manat, yol vergisi üzrə isə 12 mln. 301,99 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR