Bank Of Baku

«Finance Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır

«Finance Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır
# 09 fevral 2011 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Finance Leasing» ASC-nin AZ200600657 seriyalı təmin edilməmiş, faizli, adlı sənədsiz istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjası (BFB) vasitəsilə həyata keçiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 800 ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir. Qiymətli kağızların tədavül müddəti 720 gün, gəlirliyi illik 15%, faiz ödənişi dövrünün müddəti isə 30 gündür. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Caspian Financial» MMC çıxış edəcək.

Qeyd edək ki, 2010-cu ilin dekabrın 27-də QKDK «Finance Leasing»in tam oxşar parametrlərlə olan AZ200500657 seriyalı istiqraz emissiyasını qeydiyyata alıb. Bundan başqa, 2009-cu ilin oktyabrında ümumi sayı 1 200 ədəd, nominal dəyəri 500 manat, ümumi həcmi isə 600 min manat təşkil edən istiqraz emissiyası qeydiyyata alınıb. İstiqrazların tədavül müddəti 1 080 gün, faiz ödənişi dövrünün müddəti 30 gün, illik gəlirlik isə 20%-dir. Bundan əvvəl isə hər ikisinin həcmi 600 min manat olan daha iki istiqraz emissiyası dövriyyəyə buraxılıb.

Xatırladaq ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir. Şirkətin Müşahidə Şurasına Zakir Zeynalov (Müşahidə Şurasının sədri, emitentdən kənarda heç bir vəzifə tutmur), Mobil Şərifov (Müşahidə Şurasının üzvü, «ADA Group»un baş icraçı direktoru) və Zülfüqar Niftiyev (Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankı Quba filialının müdiri) daxildir. Emitentin İdarə Heyətinin sədri isə emitentdən kənarda heç bir vəzifə tutmayan Mikayıl Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR