Bank Of Baku

«Bank of Baku» ASC «Nümunəvi Müştəri» kampaniyasının növbəti tirajını keçirib

«Bank of Baku» ASC «Nümunəvi Müştəri» kampaniyasının növbəti tirajını keçirib
# 11 fevral 2011 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Nümunəvi Müştəri» adlı həvəsləndirici uduş kampaniyasının altıncı tirajını keçirib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda «Bank of Baku»da uduş gününədək aktiv istehlak krediti olan, müsbət kredit tarixçəsinə malik 61 433 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

«Bank of Baku»dan 1 000 manatı qazanan nümunəvi müştəri Bakı şəhər sakini, «Bakı Fəhləsi» Maşınqayırma Zavodunda çilingər işləyən Abdullayev Siyavuş olub. Əsas qaliblə yanaşı, bank 200 manat qazanan digər 5 qalib-müştərisini də müəyyən edib.

Qeyd edək ki, «Nümunəvi Müştəri» kampaniyası 2010-cu il avqust ayının 5-dən başlayıb və bu ilin avqustun 5-dək davam edəcək. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş günündə müəyyənləşdirilir. Bu, müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Kampaniya başlanandan bankın artıq 6 müştərisinin hər biri 1 000 manat, 30 müştərisinin hər biri 200 manat məbləğində pul mükafatı qazanıb.

Xatırladaq ki, uduş fondunun ümumi məbləği 24 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR