Bank Of Baku

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün tədbirlər hazırlanır

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün tədbirlər hazırlanır
# 11 fevral 2011 14:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bunula bağlı müxtəlif ölkələrin təcrübəsi öyrənilir: «Şərqi və Qərbi Avropa ölkələri, Braziliya, Baltikyanı ölkələrinin təcrübəsi öyrənilir, amma bunların hansının tətbiq olunacağı hələlik məlum deyil».

Bununla yanaşı, F.Məmmədov etiraf edib ki, məsələni təkcə inzibati yolla həll etmək mümkün deyil, bunun üçün müvafiq infrastruktur da qurulmalıdır: «Nağd pulla işləyən pərakəndə ticarət və ictimai iaşə obyektlərində banklar tərəfindən POS-terminallar quraşdırılmalıdır. Həmin qurğuların rabitə məsələləri həll edilməlidir».

Bundan başqa, bankların plastik kartlardan istifadəyə görə tutduğu faiz dərəcələrinə, ümumiyyətlə bəzi qanunvericilik aktlarına yenidən baxmaq da lazım gələcək. Nazirin sözlərinə görə, hazırda bu məsələlərin həlli ilə bağlı Vergilər Nazirliyi Mərkəzi Bankla müzakirələr aparır: «Bu, çox mütərəqqi işlər olacaq, çünki bu, prezidentin dövlət qurumları qarşısında qoyduğu qəti tələbdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR