Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti «Arxayın sürücü» avtomobil sığortası paketi üzrə 4 min manat sığorta ödənişi edib

«Atəşgah Sığorta» şirkəti «Arxayın sürücü» avtomobil sığortası paketi üzrə 4 min manat sığorta ödənişi edib
# 11 fevral 2011 14:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti «Avtonəqliyyat vasitələrinin sığortası» növü çərçivəsində hazırladığı «Arxayın sürücü» sabit avtomobil sığortası paketi üzrə ilk sığorta ödənişini həyata keçirib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Arxayın sürücü» paketi üzrə ödənilən sığorta məbləğinin həcmi 4 000 manat təşkil edib.
Xatırladaq ki, «Arxayın sürücü» şirkətin müştərilərə təklif etdiyi üç («Arxayın Sürücü», «Arxayın Sakin» və «Arxayın Valideyn») xüsusi sığorta məhsullarından biridir. Bu sığorta məhsulu üzrə müştəri öz nəqliyyat vasitəsini bütün növ yol-nəqliyyat hadisələri, yanğın və öz-özünə alışma, təbii fəlakət nəticəsində dəyən ziyan, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq və bunların nəticəsində dəyən itki, üçüncü şəxslərin qərəzli və qanuna zidd hərəkətləri, daş və digər əşyalarla avtomobilin zədələnməsi və şüşələrin zədələnməsi risklərdən sığortalayır.
«Arxayın Sürücü» məhsulunun şərtlərinə görə, seçimdən asılı olaraq müştəri 159 manat və ya 135 manat ödəməklə cəmi 15 dəqiqə ərzində «Arxayın Sürücü» paketini əldə edə bilər. Bu məhsul üzrə sığorta məbləği 4 000 manat və ya 2 500 manat təşkil edir.
Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
Ötən il şirkət 14,57 mln. manat həcmində sığorta haqları toplayıb, 5,26 mln. manat sığorta ödənişləri həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR