Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı 2010-cu il üzrə Pul İcmalını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı 2010-cu il üzrə Pul İcmalını açıqlayıb
# 11 fevral 2011 14:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyada iqtisadi artımın tədricən bərpası, bununla belə, dünya əmtəə və maliyyə bazarlarında kəskin dəyişkənlik şəraitində Azərbaycan iqtisadiyyatında 2010-cu ildə də iqtisadi artım prosesləri davam edib və makroiqtisadi sabitlik qorunub. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2010-cu il üzrə açıqladığı Pul İcmalında deyilir.

İcmala əsasən, bütövlükdə, dünya böhranının mənfi təsirləri tam aradan qaldırılıb, ölkə iqtisadiyyatının maliyyə dayanıqlığı daha da güclənib, valyuta ehtiyatları əhəmiyyətli şəkildə artıb. Mərkəzi Bank pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyinin qorunması, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəldib. Bu hədəflərin həyata keçirilməsi çərçivəsində Mərkəzi Bank il ərzində öz siyasətinə çevik korreksiyalar etməklə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına, habelə iqtisadi artıma zəruri dəstək verib.

Pul siyasətinin əsas hədəfi olan inflyasiya hesabat ilində tək rəqəmli səviyyədə olub və əsasən xarici bazarlardakı proseslərdən, ticarət partnyoru olan ölkələrdə inflyasiyadan təsirlənib. İlin sonuna doğru «neytrallıq» istiqamətində müəyyən korreksiyalar edilsə də, ümumilikdə il ərzində Mərkəzi Bank yumşaq pul siyasəti yeridib, bu şəraitdə pul təklifi iqtisadi artıma adekvat templə artıb.

«Tədiyə balansının profisiti şəraitində manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit qalıb, Mərkəzi Bank valyuta bazarında sterilizasiya əməliyyatları həyata keçirərək həm valyuta bazarının tarazlığını qoruyub, həm də özünün valyuta ehtiyatlarını daha da artırıb», - deyə İcmalda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR