Azərbaycanda məcburi auditdən yayınan vəzifəli və hüquqi şəxslər cərimə olunacaqlar
İclasda “Dövlət rüsumu haqqında” Qanuna əlavə edilməsi barədə layihə də səsverməyə çıxarılıb. Əlavəyə əsasən Patent Kooperasiyası haqqında müqaviləyə və Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsinin Cenevrə aktına müvafiq olaraq iddia sənədinin alınması və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün rüsumun məbləği 10 manat təsdiqlənib.
İclasda «Auditor xidməti haqqında» qanuna əlavə və dəyişikliklər edilməsi barədə layihə də müzakirə olunub. Əlavələrə əsasən qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2500 manatadək cərimə olunacaqlar.
Əlavə və dəyişikliklərlə bağlı çıxış edən deputatlar Vahid Əhmədov və Azay Quliyev QHT-lərin məcburi auditdən keçirilməsinə qarşı olduqlarını bildiriblər. A. Quliyev deyib ki, QHT-lərin məcburi auditdən keçirilməsi dövlətin hazırkı siyasətinə qarşıdır. O, dəyişikliyin 12 təsərrüfat subyektinə şamil olunduğunu da bildirib: «Mən təklif edirəm ki, qanun layihəsi qəbul olunsun. Amma Nazirlər Kabinetinə müraciət olunsun ki, QHT-lər məcburi auditə cəlb olunan təsərrüfat subyektlərinin siyahısından çıxarılsın. QHT-lər bu gün məcburi auditə hazır olmadığından hələ ki, bu məsələ nəzərə alınmalıdır”.
MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu layihə ilə QHT-lərin birbaşa bağlılığı yoxdur: «Azərbaycanda vətəndaş cəmiyyətinə dövlətin mövqeyi bəllidir və biz buna dəstək veririk. Biz bu məsələni belə şişirtməməliyik. Sonra bu məsələ beynəlxalq təşkilatların siyahısına düşəcək. Məgər onlar bu məsələnin hüquqi tərəfini araşdıracaqlar?».
Ə. Hüseynli onu da qeyd edib ki, Avropa Şurasının tövsiyələrində də belə bir məsələ əksini tapıb ki, dövlət tərəfindən maliyyələşdirilən təşkilatlar məcburi auditdən keçirilə bilər.
Deputat Fuad Muradov isə bu məsələnin dövlətdən birbaşa vəsait alan təşkilatlara (Yazıçılar Birliyi və s.) aid edilməsini, ictimai birliklərə şamil olunmamasını təklif edib.
Deputat Qüdrət Həsənquliyev məcburi auditin xaricdən maliyyələşən QHT-lərə şamil olunması barədə təklif səsləndirib: «Xaricdən böyük məbləğdə qrant alan təşkilatlar var. Bu yaxınlarda oxuduq ki ABŞ Azərbaycanda demokratiyanın inkişafına 27 milyon dollar vəsait ayırır. Bu araşdırılmalıdır ki böyük vəsaitlər hara və necə xərclənir».
MMəclis Aparatının rəhbəri Səfa Mirzəyev qeyd edib ki, qanun layihəsində söhbət təsərrüfat subyektlərindən gedir: «O təsərrüfat subyektlərinin adları qeyd olunur. QHT-lər özləri bunun marağında olmalıdırlar ki, maliyyə işlərini düzgün qursunlar. Bununla bağlı Nazirlər Kabinetinin qərarlarında qeyd olunmalıdır ki, hansı qeyri-hökumət təşkilatları auditə cəlb oluna bilər. Hesab edirəm ki, Nazirlər Kabinetinin qərarlarına da dəyişikliklər olmalıdır».
Müzakirələrdən sonra layihələr səsə qoyularaq təsdiqlənib.
Maliyyə
Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları başlayıb - FOTO - YENİLƏNİB
Azərbaycandan Gürcüstana pul köçürmələri 20%-ə yaxın azalıb
Xəbər Lenti
"OneAgrix AG": Halal ticarətində əsas problem tələbat deyil, etimaddır
Avropa Azərbaycan Məktəbində süni intellektlə bağlı tədbir keçirilib - FOTO
Sabah 35 dərəcə isti olacaq
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
MATRADE: Malayziyanın halal sektorunun uğuru güclü ekosistem və dövlət siyasətinə əsaslanır
“Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabın təqdimatı olub
İH başçısı: Qubada meyvələrin saxlanması üçün 58 min ton tutumu olan 25 soyuducu anbar var
DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib
ICESCO: Halal sənayesi İslam dünyası üçün böyük iqtisadi fürsətdir
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur
Abşeronda alternativ su mənblərindən istifadə imkanlarının öyrənilməsi təmin ediləcək
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
FAO: Azərbaycanda dayanıqlı və inklüziv iqtisadi artımı gücləndirmək üçün islahatlar keçirilir
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək
Zeynal Nağdəliyev: Əsas hədəf aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır
Prezidentin köməkçisi: Pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıqda istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb
Əraqçi ABŞ-la yekun razılaşma üzrə danışıqların iyunun 19-da başlayacağını bildirib
AzTv-nin əməkdaşları CNN-in təcrübəsini öyrənmək üçün Portuqaliyaya səfər edib - VİDEO
Kamran Əliyev Qarsda görüşlər keçirib
Azad edilmiş ərazilərdə daha 51 mina, 497 PHS aşkarlanıb
Yanvar-may aylarında pensiyalara 3,26 milyard manat yönəldilib
Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Rusiya Dövlət Dumasına seçkilərin vaxtı məlum olub
Nazir müavini: Dövlət Proqramı yalnız istehsal istiqamətlərini deyil, onları dəstəkləyən tədbirləri də əhatə edir
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları başlayıb - FOTO - YENİLƏNİB
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qubada regional müşavirə keçirilir - FOTO
İran gəmiləri ABŞ-ın dəniz blokadası zonasından keçməyə başlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri 20%-ə yaxın azalıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir
Milli Məclisə “Kraudfandinq haqqında” qanun layihəsi daxil olub
“Halal Products Development”: Halal sənayesi qlobal böhranlara qarşı daha dayanıqlı olmalıdır
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olur
Dünya Bankının məsləhətçisi: Mərkəzi Asiya və Qafqaz regionunda gənclər ümumi əmək resurslarının 50%-ni təşkil edir
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir
Roma Papası Azərbaycana səfərə dəvət edilib
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Azərbaycana pul köçürmələri bu il 29%-dən çox artıb
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
Zehra Selçuk: 2028-ci ilə qədər qlobal halal bazarın həcmi 11 trilyon dollara çatacaq
Nazir müavini: Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb